"Rusiya tezliklə Zaporojyaya yeni hücuma keçə bilər".
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar açıqlamasında deyib.
O, Rusiyanın Zaporojya istiqamətində ən azı 5 batalyon taktiki qrupunu gücləndirdiyini bildirib.
"Zaporojya və Novopavlovsk istiqamətində düşmənin Zaporojyaya hücumu və ya bölmələrimizi mühasirəyə almaq üçün Velika Novoselovka-Pokrovskoye istiqamətində yayınması məsələsi var", - Malyar əlavə edib.
Milli.Az