Rusiya bu dövlətlərlə "BİRLƏŞİR" - Kremlin GİZLİ PLANI
"Böyük yeddilər"in (G7 - ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, İtaliya, Fransa və Yaponiya) ötən həftə Almaniyada gerçəkləşən toplantısında əsas müzakirə mövzusu Rusiya idi. "Böyük yeddilər" Rusiyaya qarşı sanksiyaların sərtləşməsi barədə fikir mübadiləsi apardılar. Ancaq hələ ki Qərb dövlətlərin ortaq qərarları Rusiyanı durdurmur".
Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
O bildirib ki, Kreml ABŞ əleyhinə çoxqütblü dünya formalaşdırmağa çalışır:
"G7 dövlətləri Rusiya ilə Çin arasında tərəfdaşlıq münasibətlərindən də narahatdırlar. Təsadüfi deyil ki, "böyük yeddilər" Pekinin Kreml siyasətinə təsir etməsini istəyiblər. "Böyük yeddilərin" məntiqinə görə, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini durdurmaq üçün Kremlə təzyiq etməlidir. Bunun reallaşması mümkün deyil. Əksinə, Pekin Rusiya-Ukrayna müharibəsinə görə Qərbi ittiham etməkdə maraqlıdır.
"Böyük yeddilər" bir tərəfdən Pekini yola gətirməyə çalışır, digər tərəfdən NATO-nun yeni konsepsiyasında Çin təhlükələrdən biri kimi dəyərləndirilib. Pekin NATO-nun bu dəyərləndirməsini təxribatçı adlandırıb. Pekin hesab edir ki, NATO "soyuq müharibə" dövründəki baxışlarını davam etdirir. Pekin NATO-nun Avropanı qarışdırdığını, indi isə hədəf kimi Asiya qitəsini seçdiyini bildirib.
1.jpg)
Bu arada, Kreml "böyük yeddilərə" qarşı BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) sıralarını genişlədirməyə qərar verib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov artıq genişlənmə prosesinə start verildiyini bildirib. Lavrov növbəti iki ölkənin adını da çəkib: "Argentina və İran layiqli namizədlərdir". İran BRİKS-ə üzv olmaq üçün müraciət göndərib. Argentinanın da Braziliyanın ardınca təşkilata qoşulmaq istəyi var.
Rusiyanın məqsədi aydındır. Kreml BRİKS-i genişləndirmək yolu ilə ətrafında Qərbə qarşı siyasi blok formalaşdırmağa çalışır. BRİKS ölkələri Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni dəstəkləmirlər. Buna baxmayaraq, BRİKS ölkələrinin Rusiya ilə əməkdaşlıqlarını davam etdirmələri və Kremllə təmaslarını davam etdirməsi də prezident Vladimir Putin üçün vacibdir. Kreml BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı vasitəsilə ABŞ əleyhinə çoxqütblü dünya formalaşdırmağa çalışır".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
XƏBƏR LENTİ
-
Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)





