Siyasət

İsveçrə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib

30 İyun 2022 08:54
0 Şərh     Baxış: 553

İsveçrə Federal Şurası Avropa İttifaqının (Aİ) altıncı məhdudlaşdırıcı tədbirlər paketi çərçivəsində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Federal Şuranın mətbuat xidməti məlumat yayıb.

Əlavə sanksiyalara Rusiya xam nefti və bəzi neft məhsullarına embarqo qoyulması, onların alınması, idxalı, tranziti və daşınması, habelə sığorta da daxil olmaqla əlaqəli xidmətlər daxildir.

Avropa İttıfaqında olduğu kimi, İsveçrədə də embarqo mərhələli şəkildə həyata keçiriləcək. Bütün tədbirlər 2023-cü ilin əvvəlində qüvvəyə minəcək.

Bundan əlavə, Federal Şuranın qərarı Rusiya hökumətinə və hüquqi şəxslərə mühasibat uçotu, ictimaiyyətlə əlaqələr və biznes konsaltinq xidmətlərinin göstərilməsinin qadağan edilməsini nəzərdə tutur.

Xatırladaq ki, İsveçrə iyunun 10-da Aİ-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketini dəstəkləməyə qərar verib. Eyni zamanda, ölkə Rusiyanın daha 100 fiziki və hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.