Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak Selçuk və Haluk Bayraktara təşəkkür edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Andrey Yermak bu barədə "Twitter"də bildirib.
"Hər bir ukraynalı üçün "Bayraktar" əyilməz Ukrayna xalqının qələbəsinin simvoluna çevriləcək bir əfsanədir.
3 ədəd Bayraktar TB2" PUA-nı Ukraynaya pulsuz təhvil vermək qərarına görə "BaykarTech"ə, Selçuk Bayraktara və Haluk Bayraktara minnətdarıq", - Yermak bildirib.
Öz növbəsində Ukrayna XİN də "BaykarTech"ə təşəkkür edib. Bu barədə məlumat Ukrayna XİN-in "Twitter" səhifəsində türk dilində yayılıb.
Milli.Az