"Azərbaycanda tibbi turizmin inkişafı üçün potensial böyükdür"
Azərbaycanda tibbi turizmin inkişafı üçün potensial böyükdür.
Bunu Trend-ə müsahibəsində Malayziya Səhiyyə Səyahət Şurasının Baş İcraçı Direktoru Mohd Daud Mohd Arif deyib.
Bakıya ilk dəfədir ki, səfər etdiyini qeyd edən direktor səfərlə bağlı gözləntilərinin yüksək olduğunu bildirib.
"Azərbaycana etdiyimiz səyahətlə bağlı bir neçə istiqamətdə gözləntilərimiz var. Bunlardan biri də Azərbaycan və Malayziya arasında turist mübadiləsinin təşkili və insanları buna necə təşviq edə biləcəyimizlə bağlıdır", - deyə o əlavə edib.
M.Arif, həmçinin tibbi turizm sahəsinin nə olduğundan və insanları hansı imkanlarla təmin etdiyindən bəhs edib.
"Tibbi turizm özündə bir neçə mənanı ehtiva edir. Ən əsası isə tibbi turizm turistlərə səyahət etdikləri ölkədə müalicə, profilaktika, diaqnostika və digər tibbi xidmətlərin göstərilməsini nəzərdə tutan bir turizm növüdür. Bizim əsas məqsədimiz tibbi turizm sahəsini qlobal səviyyədə inkişaf etdirməkdir. Azərbaycanda tibbi turizmin inkişafı üçün potensial böyükdür. Biz bu sahədə təcrübələrimizi və biliklərimizi Azərbaycanla bölüşməyə hazırıq", - deyə o bildirib.
Malayziyada tibbi turzim sahəsinin imkanlarını qeyd edən direktor orada insanların yüksək keyfiyyətli tibbi müalicə əldə edə biləcəklərini vurğulayıb.
"Bizim səhiyyə sistemi yüksək səviyyədə tənzimlənir. Qiymətlərə gəldikdə isə Malaziyada tibbi müalicələrin qiymətləri olduqca sərfləridir. Buna səbəb də hər kəsin sağlamlıq imkanlarından bərabər fayladana bilməsidir. Digər ölkələrlə müqayisə edilsə, Malayziyada qiymətlərin daha aşağı olduğunu görərlər.
Mənim direktoru olduğum qurum Malayziya Səhiyyə Səyahət Şurası (MHTC) Səhiyyə Nazirliyinin nəzdində sənaye əməkdaşlıqlarını koordinasiya etməklə, ölkədə və xaricdə dəyərli dövlət-özəl tərəfdaşlıq qurmaqla Malayziyanın səhiyyə səyahət sənayesini asanlaşdırmaq və təşviq etmək vəzifəsi daşıyan bir agentlikdir. Üzvlük xidmətimiz beynəlxalq xəstələrə nümunəvi xidmət göstərən Malayziya səhiyyə müəssisələrindən ibarətdir", - deyə o əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi





