Siyasət

Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibində dəyişiklik edilib

24 İyun 2022 18:12
Baxış: 599

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 2754 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 2754 nömrəli Sərəncamının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilir:

- Altıncı abzas ləğv edilsin.

- Dördüncü və beşinci abzaslar müvafiq olaraq beşinci və altıncı abzaslar hesab olunsun və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

"Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.