Erməni prezident Qarabağın statusu ətrafında yeni ritorika açdı...
Elşad Həsənov: "Xaçaturyanın statusla bağlı sərsəmləməsi sülh müqaviləsini yubatmağa hesablanmış oyundur"
Bu il mayın 22-də Brüsseldə keçirilən üçtərəfli danışıqlarda Azərbaycan ərazilərində yaşayan etnik ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsi müzakirə edilib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin danışıqların yekununda verdiyi bəyanata görə, bu hüquqlar ermənilərə Azərbaycan Konstitusiyası əsasında veriləcək.
Bundan başqa, Prezident İlham Əliyev Qlobal Bakı Forumunda çıxışı zamanı bəyan etdi ki, Qarabağın statusu ilə bağlı hər hansı bəyanat Azərbaycana qarşı ərazi iddiası kimi qəbul ediləcək.
Bütün bunlara rəğmən, Ermənistan rəsmiləri status məsələsindən əl çəkmək istəmir. İndi olmasa da, sonrakı mərhələdə bunun gündəmə gətiriləcəyinə eyham vururlar. Ermənistan prezidenti Vaaqn Xaçaturyan Rusiyadakı erməni diasporunun nümayəndələri ilə görüşündə bəyan edib ki, statusdan əvvəl ermənilərin hüquqlarına önəm verilməli, daha sonra status məsələsi qaldırılmalıdır: "İrəvan əvvəlcə Dağlıq Qarabağ ermənilərinin hüquqları ilə bağlı məsələ qaldırmalı, yalnız bundan sonra yekun statusla razılaşmalıdır".
Belə görünür ki, bunlar çox hiləgər oyun oynamaq istəyirlər. Əvvəl ermənilərin hüquqlarını qabartmaq adı altında mövqelərini gücləndirmək, sonra vəziyyətə uyğun status məsələsini yenidən ortaya atmaq fikrindədilər.
"Biz nəzərə almalıyıq ki, onların bu çirkin oyununu həm Avropa İttifaqı, həm də Rusiya və ABŞ bilir"
Sözügedən məsələyə aydınlıq gətirən siyasi ekspert Elşad Həsənovun sözlərinə görə, Brüsseldə sonuncu dəfə keçirilən üçtərəfli görüşdən sonra baş nazir müavinləri səviyyəsində komissiya yaradıldı: "Nəticədə mayın 24-də komissiyanın sərhəddə görüşü oldu. Növbəti görüş isə Rusiya rəsmisi Overçukun iştirakı ilə Moskvada keçirildi. Üçüncü görüş də iyunun 20-də Sankt-Peterburqda baş tutub. Mayın 22-də keçirilən görüşdən sonra Şarl Mişel bəyan etdi ki, Qarabağda yaşayan etnik ermənilərin hüquq və təhlükəsizliyi nəzərə alınmalıdır. Prezident İlham Əliyev də 9-cu Qlobal Forumda bir daha bəyan etdi ki, şifahi olaraq status məsələsindən danışılmaması razılaşdırılıb. Ancaq biz görürük ki, Ermənistanda müxalifətlə yanaşı, bir sıra erməni rəsmiləri də status barəsində danışır. Hə vasitə ilə bunu gündəmdə saxlamağa cəhd edirlər. Əlində elə bir səlahiyyəti olmayan prezident Vaaqn Xaçaturyanın da status barəsində danışması təəssüf doğurur. Hiyləgərcəsinə əvvəl hüquqlardan danışır, ondan sonra isə status məsələsinə eyham vurur. Hansı status? Bunlar anlamalıdılar ki, status məsələsi bitib. Bu isə o deməkdir ki, bu barədə danışmaq yersizdir. Azərbaycanda yaşayan digər millətlər kimi ermənilər də konstitusiyanın onlara verdiyi hüquqlardan istifadə edəcəklər. Bu isə o deməkdir ki, dövlət onların təhlükəsizliyini təmin edir. Hesab edirəm ki, Xaçaturyanın statusla bağlı sərsəmləməsi sülh müqaviləsini yubatmağa hesablanmış oyundur. Lakin biz nəzərə almalıyıq ki, onların bu çirkin oyununu həm Avropa İttifaqı, həm də Rusiya və ABŞ bilir. Çünki Azərbaycan öz gücü hesabına yeni reallıqlar yaradıb. Cənubi Qafqazda artıq müharibə ocaqları yoxdur. Regionda bir sıra infrastruktur layihələrini həyata keçiririk. Məqsəd qonşular arasında əməkdaşlığı genişləndirməkdir. Azərbaycan xarabaya çevrilmiş rayonları həm minalardan təmizləyir, həm də infrastrukturu bərpa edir. O cümlədən, Zəngəzur dəhlizinin çəkilməsi ilə bağlı xeyli işlər görülüb. Ancaq Ermənistan dəhlizlə bağlı üzərinə götürdüyü öhtəliyi yerinə yetirmir. Bu da təkcə bizim yox, Rusiyanı da narahat edir. Ona görə ki, sanksiyalarla əlaqədar həmin dəhliz Rusiya üçün də vacib əhəmiyyət kəsb edir. Çünki Zəngəzur dəhlizi sayəsində Rusiya öz mallarını Yaxın Şərqə ixrac edəcək".
Bir sözlə, siyasi ekspert hesab edir ki, statusla bağlı erməni tərəfinin dedikləri cəfəngiyatdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
XƏBƏR LENTİ
-
Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub
-
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa
-
Əvəz Zeynallı dəfn edildi
-
Bakıda gecədən etibarən yollar bağlanır - Ərazilər
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Bakıda 3 küçədə hərəkət məhdudlaşdırılacaq
-
Hörmüz boğazında ticarət gəmisinə zərbə - Gəmidə yanğın başladı
-
Bakıda bu yolun işıqforunda dəyişiklik edildi
-
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir
-
Ayın 30-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Payızda bu meyvə bahalaşacaq - 300 məhsul verən ağac indi 50 məhsul verir
-
Tanınmış iqtisadçı-ekspert 54 yaşında vəfat etdi - (Foto)
-
Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla müsahibə
-
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr - (Foto)
-
"Xankəndi"nə yeni baş məşqçi təyin olundu - (Foto)
-
Qəhvənin təsiri niyə insandan insana dəyişir?
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)





