Siyasət

Ukraynada bu partiyaların da fəaliyyəti dayandırıldı

16 İyun 2022 21:38
0 Şərh     Baxış: 728

Ukraynada daha iki siyasi partiyanın fəaliyyəti dayandırılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Səkkizinci İnzibati Apellyasiya Məhkəməsinin qərarı ilə "Sol Müxalifət" və "Şariynin Partiyası" siyasi partiyalarının fəaliyyəti qadağan edilib.

Hazırda Səkkizinci İnzibati Məhkəmədə 16 işə baxılır, bu işlərlə bağlı artıq 9 qərar çıxarılıb.

Daha əvvəl bu məhkəmənin qərarları ilə "Müxalifət Bloku", Sosialist Partiyası, "Naşi", "Sosialistlər" Partiyası, "Vladimir Saldo" Bloku, "Derjava" Partiyası, Ədalət və İnkişaf Partiyasının fəaliyyəti qadağan edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.