Siyasət

Şarl Mişel rus ordusunu cinsi zorakılıqda günahlandırdı, ölkə təmsilçisi zaldan çıxdı

7 İyun 2022 08:04
0 Şərh     Baxış: 523

BMT Təhlükəsizlik Şurasının bugünkü iclasında Rusiya ordusu Ukraynada çoxsaylı cinsi zorakılıq faktlarında ittiham olunub. Bu iddialar fonunda Rusiya nümayəndəsi Vasili Nebenzya zalı tərk edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Tviter səhifəsində yazıb.

Qeyd edək ki, Mişelin çıxışı zamanı Rusiya Ukraynada cinsi zorakılıqda və Qara dəniz üzərindən taxıl ixracına mane olmaqda ittiham olunub. Nebenzya cavab olaraq iclası tərk edib.

"Siz zalı tərk edə bilərsiniz, hörmətli səfir, bəlkə də bu, həqiqəti eşitməkdən asandır", - Mişel Nebenzinin hərəkətini şərh edərkən deyib.

Xatırladaq ki, Nebenzya apreldə BMT Təhlükəsizlik Şurasında Rusiyanın Ukraynada "Xüsusi əməliyyatlar" deyil, müharibə apardığını etiraf etmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.