Siyasət

"Xəbərdarlıq edildi ki, ölkəni tərk edim"

26 May 2022 07:54
0 Şərh     Baxış: 1 210

Son 7 ayda deputatlıqdan getmək qərarına gələndən bəri hökuməti və xüsusən də ölkə prezidentini tənqid etməməyimlə bağlı xəbərdarlıq edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu dövlətə xəyanətdə ittiham edilərəkən saxlanılan Moldovanın eks-prezidenti İqor Dodon deyib.

"Mənə Moldovanı tərk etməyi şiddətlə tövsiyə etdilər. Amma mən ölkəni tərk etmədim, baxmayaraq ki, istəsəm, getmək imkanım var idi.

2019-cu ilin iyun ayında oliqarx rejimini devirmək və anti-oliqarxik hökumət koalisiyası yaratmaq üçün gizli videoya çəkildiyimi anlayaraq, Plahotnyukla psevdo-danışıqlar apardığım müddətdə özümü və ailəmi böyük riskə atdım. Uğur qazandım və sonra Moldovaya yeni şans təklif etdim. Bu hadisələrdən faydalananlar dövlətin hazırkı liderləri, o cümlədən indi qisas almağı planlaşdıran Maya Sandudur", - Dodon bildirib.

Qeyd edək ki, Dodon passiv korrupsiya və dövlətə xidmətdə şübhəli bilinərək, 72 saatlıq saxlanılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory