Siyasət

Qərbin Kiyevə hərbi yardımı artacaq

24 May 2022 08:43
0 Şərh     Baxış: 639

Qərbin Ukraynaya Hərbi Yardım üzrə Koordinasiya Qrupu iyunun ortalarında Brüsseldə üzbəüz görüş keçirəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ-ın müdafiə naziri Lloyd Ostin məlumat verib.

"Biz gələn ay təmas qrupunun üçüncü iclasını keçirəcəyik. İyunun 15-də əyani formatda Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası çərçivəsində görüş olacaq", - deyə ABŞ hərbi departamentinin rəhbəri bildirib.

Eyni zamanda o, bildirb ki, bu Şimali Atlantika Alyansı çərçivəsində keçirilən görüş olmayacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.