500 manat ziyana düşdü, az qaldı ölsün - “TikTok Stomatoloqu” barəsində AĞIR İDDİA - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağıl dişinin kəskin ağrısı ilə həkimə müraciət edən şəxs həm sağlamlığından, həm də pulundan olduğunu iddia edib.
Milli.Az xəbər verir ki, şikayətçi Tural Qoca "Xəzər TV"yə müraciətində bildirib ki, "TikTok"da özünü stomatoloq kimi təqdim edən Nicat Həsənov adlı şəxsin qəbulunda olub və sağlamlığına ciddi zərər dəyib.
T.Qocanın sözlərinə görə, N.Həsənov onun dişini heç bir cərrahi əməliyyat olmadan, ağrısız şəkildə çəkəcəyini vəd edib. Lakin səhhətində problem yaranandan sonra araşdırıb ki, Nicat Həsənovun stomatoloq kimi fəaliyyət göstərmək üçün diplomu yoxdur.
Zərərçəkmiş ona 500 manatdan çox ziyan dəydiyini və ölümdən döndüyünü həmçinin Həsənovun hadisədən sonra onun səhhəti ilə maraqlanmadığını bildirib.
İddialarla bağlı sözügedən stomatoloqla əlaqə saxladıqda isə, o, pasiyentlə aralarında anlaşılmazlıq olduğunu deyib. Nicat Həsənov diplomu olmadığı barədə iddianı təkzib etsə də, sənədin surətini təqdim etməkdən imtina edib.
Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, Nicat Həsənovun adı "Tibb kadrlarının vahid reyestri"ndə mövcud deyil. O da qeyd edilib ki, vətəndaşlar özəl tibb müəssisələrində qarşılaşdıqları bu kimi mənfi hallarla əlaqədar Mərkəzin "qaynar xətt"inə zəng edərək və ya onlayn qaydada şikayətlərini bildirə bilərlər.
Daha ətraflı videomaterialda:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İmtahanda 7 nəfərdə telefon aşkarlandı
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
Güləşçimiz Avropa çempionu oldu
-
Bir neçə saat ərzində dünya yaxşı xəbərlər eşidəcək
-
Bu ərazilərdə qaz OLMAYACAQ
-
Ayın 25-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
"Rüya gibi"nin aktyoru yeni serialda
-
Dünya Kubokunda heç bir rəqibdən çəkinmirik
-
Kylian Mbappé La Liqanın bombardiri oldu
-
ABŞ və İran arasında 60 günlük atəşkəs razılaşması hazırlanır
-
Pakistanda hərbçiləri daşıyan qatar partladıldı: Ölənlər var
-
Bu səhər yeməyi vərdişindən uzaq durun
-
Bulvarda itkin düşən azyaşlının ailəsi tapıldı
-
Kiyevə hücum zamanı Azərbaycan səfirliyinə ziyan dəyib
-
Eltilər arasında dava zamanı 6 yaşlı uşaq bıçaq xəsarəti aldı
-
Axalkalaki–Qars dəmir yolu açıldı
-
FİFA İranın müraciətini təsdiqlədi: Toplanış Meksikada olacaq
-
Azərbaycanda zəlzələ OLDU
-
Ağ Evin yaxınlığında atəş açan şəxs öldürülüb
-
Türkiyədə güclü zəlzələ olub
-
Bərdədə ağır QƏZA: Ölən var
-
Bu gün 56 mindən çox abituriyent imtahan VERƏCƏK
-
4 aya 36 kiloqram arıqladı - FOTO
-
Beşamel souslu qulançar və kök sote resepti





