Qərbin Ukraynaya Hərbi Yardım üzrə Koordinasiya Qrupu iyunun ortalarında Brüsseldə üzbəüz görüş keçirəcək.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ-ın müdafiə naziri Lloyd Ostin məlumat verib.
"Biz gələn ay təmas qrupunun üçüncü iclasını keçirəcəyik. İyunun 15-də əyani formatda Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası çərçivəsində görüş olacaq", - deyə ABŞ hərbi departamentinin rəhbəri bildirib.
Eyni zamanda o, bildirb ki, bu Şimali Atlantika Alyansı çərçivəsində keçirilən görüş olmayacaq.
Milli.Az