II Azərbaycan–Özbəkistan Media Forumu öz işini yekunlaşdırıb - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
14:03
30 sentyabr tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "Rəqəmsal Transformasiya vəMedia" mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunun açılış mərasimi olub.
Milli.Az xəbər verir ki, Forum Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlıq əlaqələrinə həsr olunmuş videoçarxla başlayıb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov forum iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan və Özbəkistan xalqları arasında olan tarixi bağlar bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin güclü siyasi iradəsi, uzaqgörən liderliyi nəticəsində yüksək mərhələyə çatmışdır. İkitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinəyüksəlməsinin bütün sahələrdə, o cümlədən media sahəsində əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar açdığını vurğulayan İcraçı direktor qeyd edib ki, rəqəmsal media mühitinin nizama salınması, yeni texnologiyaların tətbiqi və jurnalistikanın peşəkar standartlarının qorunması istiqamətində qarşılıqlı təcrübə vəbilik mübadiləsi hər iki ölkənin media sektorunun inkişafına mühüm töhfə verəcək.
Forumda çıxış edən Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidjanov iki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib. O bildirib ki, ortaq tarixi və mədəni dəyərlərə söykənən bu əlaqələr informasiya mübadiləsinin intensivləşdirilməsi, dezinformasiyaya qarşı birgə mübarizə strategiyalarının formalaşdırılması və regional informasiya təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov qeyd edib ki, rəqəmsal medianın inkişafı audiovizual məzmunun istehsalı və müvafiq sahənin tənzimlənməsi istiqamətində yeni yanaşmaların tətbiqini tələb edir. Onun sözlərinə görə, bu proses qlobal media məkanında keyfiyyət standartlarının yüksəldilməsini, peşəkar prinsiplərə əsaslanan fəaliyyətin gücləndirilməsini və beynəlxalq əməkdaşlığın daha sıx qurulmasını zəruri edir.
Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə vəsəlahiyyətli səfiri Baxrom Aşrafxanov diqqətə çatdırıb ki, informasiya və media sahəsində əməkdaşlıq iki ölkəarasında strateji tərəfdaşlığın mühüm istiqamətlərindən biridir. O vurğulayıb ki, Azərbaycan və Özbəkistan mediası arasında qurulan birgə platformalar qarşılıqlı informasiya mübadiləsini gücləndirir və xalqlarımızın ortaq dəyərlərinin təbliğinə xidmət edir.
Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Dr. Nozima Muratova isə forumun həm elmi müstəvidə, həm dəpraktik sahədə əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu platforma ali təhsil müəssisələrinin əməkdaşlığını genişləndirməklə yanaşı, gələcək jurnalistlərin rəqəmsal bacarıqlarının artırılmasına, media təhsilində müasir innovativ yanaşmaların tətbiqinə və təcrübə mübadiləsinin gücləndirilməsinə mühüm imkanlar yaradır.
Forum "Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər" və "Rəqəmsal informasiya mühitində etik məsuliyyət" mövzularında panel sessiyalarla davam edib.
Panel sessiyalardan sonra Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "Rəqəmsal Transformasiya və Media" mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumu öz işini yekunlaşdırıb.
10:10
Bakıda "Rəqəmsal Transformasiya vəMedia" mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunun açılış mərasimi olub.
Trend xəbər verir ki, Forum Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutur.
Forumun birinci panelinin moderatoru Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Emin Əliyevdir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
XƏBƏR LENTİ
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır
-
Bolqarıstanda prezident seçkiləri davam edir
-
"El-Klasiko" zamanı evi qarət edildi
-
Rusiyanın itkiləri yeniləndi
-
ABŞ-da stadionda atışma oldu
-
Lara Aslan yeni seriala çəkilir
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)
-
Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var
-
“Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
-
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
-
Göygöldə ağır qəza - Yaralananlar var





