Siyasət

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Prezident İlham Əliyevə təbrik məktubu göndərib

21 May 2022 18:39
Baxış: 712

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzu edirik". 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.