Elnur Məmmədov Argentinanın xarici işlər naziri ilə görüşdü - FOTO
Dünən Latın Amerikası dövlətlərinə səfəri çərçivəsində xarici işlər nazirinin müavini Elnur Məmmədovun Argentinanın xarici işlər, beynəlxalq ticarət və ibadət üzrə naziri Santyaqo Kafiyero ilə görüşü keçirilib.
Görüşdə dövlətlərarası münasibətlərin səviyyəsi yüksək qiymətləndirilib, ölkələr arasında aparılan siyasi dialoqun əhəmiyyəti qeyd olunub.
Müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, nəqliyyat, energetika və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar müzakirə edilib, növbəti il ölkələr arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd ediləcəyi, birgə tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Eyni gündə Azərbaycan XİN ilə Argentina Xarici İşlər, Beynəlxalq ticarət və İbadət üzrə Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti, 4-cü raundu keçirilib.
Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Argentina tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Pablo Tettamantinin rəhbərlik etdiyi nümayəndə heyətləri ikitərəfli münasibətlərin mövcud vəziyyəti, o cümlədən siyasi, iqtisadi, enerji, yüksək texnologiyalar və humanitar sahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Bununla yanaşı, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar.
Nazir müavini E.Məmmədov Vətən müharibəsindən sonra regionda yaranmış yeni siyasi reallıqlar, azad edilmiş torpaqlarda aparılan bərpa və quruculuq işləri barədə ölkəmiz tərəfindən həyata keçirilən tədbirlər və irimiqyaslı layihələr haqqında qarşı tərəfə ətraflı məlumat verib, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərin əhəmiyyətinin artdığı diqqətə çatdırılıb.
Həmçinin, Argentinaya səfəri çərçivəsində Elnur Məmmədov Argentinanın beynəlxalq münasibətlər üzrə Şurasında çıxış edib, La Plata universitetində azərbaycanşunaslıq kafedrasında əməkdaşları, təhqiqatçılar və tələbələrlə görüş keçirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
"Mançester Yunayted" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
-
“Mançester Yunayted”dən “Sabah”la bağlı ironik (Video)
-
"Hamı Xalq artisti oldu, mən isə yerimdə addımlayıram" - Ruhəngiz Allahverdiyeva
-
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
-
Peskovdan Qara dənizlə bağlı sərt açıqlama: “Gəmilər məhv ediləcək”
-
146 zərbə ilə öldürülən Arzunun anası Türkiyədə kürəkəninə ağır cəza tələb etdi
-
“Sabah”ın oyununa hansı kanalda baxaq?
-
Zaqatalalı iş adamının ölkədən çıxışına stop qoyuldu
-
ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir
-
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib - (Foto)
-
Rusiya Ukraynanın itkilərini yenilədi





