Siyasət

Cıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası əks olunub - VİDEO

10 May 2022 09:46
Baxış: 2 391

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə fləşmob keçirilib.

Milli.Az xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi məlumat yayıb.

Hərbçi, polis və müxtəlif sahələrdə çalışan gənclərin iştirakı ilə keçirilən fləşmob Cıdır düzündə, Şuşanın qala qapılarının önündə və şəhərin başqa nöqtələrində təşkil olunub.

Fləşmob iştirakçılarının iştirakı ilə Cıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası və 99 rəqəmi əks olunub.

Fləşmobun videoçarxında ulu öndərin Şuşa ilə bağlı fikirləri də səsləndirilib.

"Şuşanın inkişafı ulu öndərin adı ilə sıx bağlıdır. Beləki, Vaqifin məqbərəsinin inşası, Şuşa şəhərinin qoruq elan edilməsi və bir çox talehyüklü məsələlər əbədiyaşar liderimizin adı ilə əlaqəlidir", - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin paylaşımında bildirilib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.