Siyasət

Mariupoldan daha 344 nəfər təxliyə edilib

5 May 2022 08:04
0 Şərh     Baxış: 639

Ukraynanın Mariupol şəhərindən mülki sakinlərin növbəti təxliyəsi həyata keçirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Ukrayna Baş nazirinin müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə müavini İrina Vereşçuk teleqram kanalında bildirib.

"Bu gün Mariupol humanitar dəhlizi çərçivəsində 344 nəfər təxliyyə edilib. Bunlar Mariupol, Manquş, Berdyansk, Tokmak və Vasilivkadan olan qadınlar, uşaqlar və qocalardır. Onların hamısı Zaporojyeyə yenicə gəliblər. Bizim üçün daha bir kiçik qələbə"-deyə, o bildirib.

Nazir BMT-nin və Beynəlxalq Qızıl Xaç Komitəsinin işçilərinə, habelə humanitar karvanın işçilərinə - sürücülərə və Fövqəladə Hallar Dövlət Xidmətinin əməkdaşlarına təşəkkür edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.