Siyasət

Moskva bu regionlarda “oyuncaq hökumət” quracaq

5 May 2022 08:52
0 Şərh     Baxış: 2 890

Amerika kəşfiyyatı yeni iddia ilə çıxış edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, iddiaya görə, Moskva administrasiyası Ukraynadan Luqansk, Donetsk və Xersonu ilhaq edəcək və saxta referendumlar keçirərək bu bölgələrdə Rusiyaya bağlı "oyuncaq rəhbərlər" yerləşdirəcək.

Bu iddia ilə ABŞ-ın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı səfiri Maykl Karpenter çıxış edib.

O, bəyan edib ki, Moskvanın nəzarətində olacaq "marionet liderlər" bu bölgələri ələ keçirərək Ukraynaya nəzarət etməyə çalışacaqlar.

Maykl Karpenter bəyan edib ki, Rusiyanın planı uğurlu olmaya bilər.

Qeyd edək ki, Donetsk və Luqansk qismən rusiyayönlü separatçı qüvvələrin nəzarətindədir. Xerson martın 15-dən Rusiyanın nəzarəti altındadır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory