Siyasət

"Azovstal"dan 100-dən çox mülki şəxs çıxarıldı

3 May 2022 21:44
0 Şərh     Baxış: 666

Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) uğurlu əməliyyatı nəticəsində Rusiyanın ələ keçirdiyi Ukraynanın Mariupol şəhərindəki "Azovstal" polad zavodundan 100-dən çox mülki şəxs təxliyə olunub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi üzrə İdarəsinin nümayəndəsi Saviano Abreu jurnalistlərə açıqlamasında bildirib.

S.Abreu deyib ki, BMT, həmçinin Mariupoldan hamının təhlükəsiz çıxışını təmin etməyə çalışmağa davam edəcək: "Ümid edirəm ki, Kiyev və Moskva ilə davam edən koordinasiya daha çox mülki şəxslərin döyüşlərin olduğu bölgələrdən təhlükəsiz şəkildə uzaqlaşmasına və humanitar yardımların çatdırılmasına imkan verəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory