Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) uğurlu əməliyyatı nəticəsində Rusiyanın ələ keçirdiyi Ukraynanın Mariupol şəhərindəki "Azovstal" polad zavodundan 100-dən çox mülki şəxs təxliyə olunub.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi üzrə İdarəsinin nümayəndəsi Saviano Abreu jurnalistlərə açıqlamasında bildirib.
S.Abreu deyib ki, BMT, həmçinin Mariupoldan hamının təhlükəsiz çıxışını təmin etməyə çalışmağa davam edəcək: "Ümid edirəm ki, Kiyev və Moskva ilə davam edən koordinasiya daha çox mülki şəxslərin döyüşlərin olduğu bölgələrdən təhlükəsiz şəkildə uzaqlaşmasına və humanitar yardımların çatdırılmasına imkan verəcək".
Milli.Az