Siyasət

Qarabağdan İrəvana gedən avtomobildən iki pulemyot aşkarlandı

1 May 2022 15:20
0 Şərh     Baxış: 1 887

Ermənistan hüquq-mühafizə orqanları Qarabağdan İrəvana gedən avtomobildən iki ədəd pulemyot aşkar ediblər.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, hadisə mayın 1-də saat 06:40-da Sünik rayonunun Sisian şəhəri yaxınlığındakı magistralda baş verib.

Avtomobildə olan 3 vətəndaşdan biri saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.