Siyasət

"Türkiyənin yeni hücum təyyarələri F-35-lərdən üstün olacaq" - İsmayıl Dəmir

30 Aprel 2022 21:34
0 Şərh     Baxış: 1 218

Türkiyənin hazırladığı yüngül hücum təyyarəsi "Hurjet" xüsusiyyətlərinə görə Amerikanın beşinci nəsil F-35 qırıcısını keçəcək.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir deyib.

"Yüngül hücum təyyarəmiz "Hurjet" gələn il ilk uçuşunu edəcək. Qırıcımız F-35-dən daha təkmil xüsusiyyətlərə malikdir. Təyyarə gələn il martın 18-də anqardan çıxarılacaq", - İ.Dəmir bildirib.

"Hurjet" Türkiyənin "Hürkuş" təlim-məşq təyyarələrinin reaktiv versiyasıdır. O, 2017-ci ildən Türkiyənin aerokosmik şirkəti TAI (Turkish Aerospace Industries) tərəfindən hazırlanıb. "Hurjet" 13,7 min metrə qədər yüksəklikdə uçacaq və üç min kq-a qədər faydalı yük daşıyacaq. Əvvəllər hücum təyyarəsinin ilk uçuşunun 2022-ci ildə baş tutacağı gözlənilirdi, lakin sonra 2023-cü ilə təxirə salınıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.