Siyasət

Fransada rusiyalı iş adamlarının mülklərinə həbs qoyuldu

28 Aprel 2022 08:17
0 Şərh     Baxış: 904

Fransa Maliyyə Nazirliyi rusiyalı iş adamlarının mülklərinə həbs qoyub.

Milli.Az "Report"a istinadən bildirir ki, ölkənin cənubunda Kot d'Azurda Rusiyadan olan iş adamlarına məxsus olduğu iddia edilən üç mülkə həbs qoyulub. Mülklər Oleq Deripaska, Kirill Şamalov və Musa Bajayevə məxsusdur. Versal parkının surəti olan "Trianon" əmlakının "Rus Platinum"un direktorlar şurasının sədri Bajayevin olduğu deyilir.

O cümlədən, Sen-Trope yaxınlığındakı "Herkules" villası müsadirə edilib.

Bu ilin fevralında Rusiyaya qarşı sanksiya siyasəti başlayandan Fransa 4 yaxta, 6 helikopter və 30-a yaxın lüks mülkə həbs qoyub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.