Siyasət

Əsrin ən dəhşətli fəlakəti Mariupolda yaşanır

23 Aprel 2022 19:11
1 Şərh     Baxış: 858

Ukraynanın Baş naziri Denis Şmıqal Rusiyanın mühasirəsindəki Mariupoldakı vəziyyəti bəlkə də əsrin ən dəhşətli fəlakəti adlandırıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, aprelin 22-də Vaşinqtonda keçirdiyi mətbuat konfransında danışan Şmıqal Mariupolda minlərlə insanın öldüyünü deyib.

"Mariupol ruslardan azad ediləndə dəhşətli vəhşiliklər görəcəyik", - Ukrayna baş naziri bildirib.

Onun sözlərinə görə, işğalçılar mülki əhalinin yaşadığı sığınacaqlar da daxil olmaqla, tamamilə hər şeyi məhv edirlər.

Mariupolu rus ordusu martın 1-dən mühasirəyə alıb. Şəhərdə su, işıq, istilik və rabitə yoxdur, binaların 95%-i dağılıb. Ehtimal olunur ki, şəhərdə 22 minə qədər dinc sakin həlak olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.