Siyasət

Rusiya ordusu bütün Ukrayna ərazisini bombalayır

21 Aprel 2022 23:12
0 Şərh     Baxış: 1 428

"Mariupolda rus işğalçıları dəniz limanı və "Azovstal" zavodu ərazisində hava zərbələrinə və hücum əməliyyatlarına davam edir".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki,  bu haqda Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk səhifəsində məlumat verilib.

"Düşmən Donetsk və Luqansk vilayətlərinin ərazisi üzərində tam nəzarəti ələ keçirmək məqsədilə şərq əməliyyat zonasında hücum əməliyyatlarını davam etdirib. Eyni zamanda, bütün Ukrayna ərazisində hərbi və mülki infrastruktura raket və bombalı hücumlar dayanmır", - məlumatda deyilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.