Siyasət

Admiral “Moskva” raket kreyserinin ekipajı ilə görüşüb

16 Aprel 2022 23:00
0 Şərh     Baxış: 1 919

Rusiyanın Hərbi Dəniz Qüvvələrinin Komandanı admiral Nikolay Yevmenov Sevastopolda "Moskva" raket kreyserinin heyəti ilə görüşüb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, "Moskva" kreyserinin zabitləri, miçmanları və matrosları Hərbi Dəniz Qüvvələrində xidmətini davam etdirəcəklər.

Onun sözlərinə görə, "Moskva" kreyserinin ekipajından olan hərbi xidmətə çağırılan dənizçilər may ayından iyun ayına kimi qanunvericiliyə uyğun olaraq tərxis olunacaqlar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.