Siyasət

Kiyev sakinlərinə şəhərə qayıtmamaqla bağlı - Çağırış

16 Aprel 2022 21:07
0 Şərh     Baxış: 1 136

Kiyevin hərbi administrasiyası rusiyali hərbçilərin paytaxtı yenidən raket atəşinə tutmağa başlaması səbəbindən əhalini hələlik evlərinə qayıtmamağa çağırır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Rusiya qoşunlarının paytaxt ətrafından geri çəkilməsindən sonra şəhərə qayıdanların sayı artmağa başlayıb.

Hazırda paytaxtın girişində kilometrlərlə uzanan tıxaclar əmələ gəlib. Bu, humanitar yardımın, fövqəladə, tibbi və kommunal xidmətlərin, həmçinin hərbçilərin hərəkətinə mane olur. Hər gün Kiyevə 40-50 min insan qayıdır ki, bu da əhalinin özü üçün təhlükə yaradır.

Kiyev meri Vitali Kliçko paytaxt sakinlərini hələlik şəhərə qayıtmamağa çağırıb. Əhalini Rusiya ordusunun raket hücumu təhlükəsi barədə xəbərdar edən mer bu məsələdə yalnız hərbçilərin tövsiyələrinə istinad etdiyini deyib.

Onun sözlərinə görə, paytaxt ətrafındakı ərazilərin minalardan təmizlənməsi üzrə işlər davam edir. Mina partlayışları nəticəsində dinc sakinlər arasında ölənlər var.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.