Siyasət

Bayden Rusiyaya qarşı yeni sanksiyalar barədə fərmanı imzalayıb

7 Aprel 2022 08:39
0 Şərh     Baxış: 911

ABŞ Prezidenti Cozef Bayden Rusiya iqtisadiyyatına yeni sərmayələrin qoyulmasını, habelə bu ölkədə bəzi şəxslərə bir sıra xidmətlərin göstərilməsini qadağan edən fərman imzalayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, fərman birbaşa və ya dolayı yolla ABŞ-dan və ya Amerika Birləşmiş Ştatlarının hər hansı bir şəxsi tərəfindən, harada yerləşməsindən asılı olmayaraq, istənilən kateqoriya xidmətlərin ixracını, satışını və ya tədarükünü məhdudlaşdırır.

Sənəd həmçinin, harada olursa olsun, ABŞ-dan olan hər hansı şəxs tərəfindən Rusiya Federasiyasına yeni investisiyaların qadağasını rəsmiləşdirir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.