Siyasət

Ötən gün Ukraynadan 5 minə yaxın insan təxliyə edilib

7 Aprel 2022 08:29
0 Şərh     Baxış: 668

Ukraynada humanitar dəhlizlər vasitəsilə ötən gün 5 minə yaxın insan təxliyə edilib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib.

"Bu gün 4 892 nəfər təxliyə edilib", - Vereşçuk teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Mariupoldan 1 171 nəfər, Poloq, Vasilyevka, Berdyansk, Melitopol və Qulyaipoldan isə 2 515 nəfər öz avtomobilləri ilə Zaporojyeyə gəlib.

Həmçinin Lisiçansk, Severodonetsk, Rubijne, Kremennaya və Luqansk vilayətində yerləşən Qornoye kəndindən 1 206 nəfər təhlükəsiz əraziyə köçürülüb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.