Siyasət

Ruslar postları Azərbaycana təhvil verir - Pritçin

29 Mart 2022 03:31
0 Şərh     Baxış: 6 846

Bəzi məlumatlara görə, Qarabağda Rusiyanın sülhməramlı kontingentinin müəyyən qədər azalması müşahidə olunur. Rusiya Federasiyasının Müdafiə Nazirliyindən bu barədə rəsmi məlumat yoxdur. Məsələ burasındadır ki, əgər sülhməramlı kontingent haqqında məlumatlar düzgündürsə, bu vəziyyətdə blokpostların sayı azalır. Rus əsgərləri bəzi postları tərk edib gedir, Azərbaycan Ordusu isə avtomatik olaraq həmin nöqtələri öz nəzarətinə götürür.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi, Rusiya Elimlər Akademiyasının üzvü Stanislav Pritçin bölüşüb.

"Bu vəziyyət Ermənistan tərəfinin narahatlığına səbəb olub. Onlar hazırda beynəlxalq ictimayətin bu məsələyə diqqət cəlb etməsinə çalışır. Qarabağla bağlı informasiya kampaniyası da məhz bununla izah olunur. Lakin hazırda regionda vəziyyətin gərginləşməsi üçün heç bir əsas yoxdur", - deyə ekspert bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.