Siyasət

"Artıq öyrəşmişik" - Lavrov

18 Mart 2022 12:10
0 Şərh     Baxış: 2 097

"Rusiya Federasiyasına qarşı sanksiyalar təzyiqi bundan sonra da davam edəcək. Lakin buna artıq öyrəşmişik".

Milli.Az bildirir ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov "Russia Today" telekanalına verdiyi eksklüziv müsahibəsində belə deyib. 

Onun sözlərinə görə, Rusiya artıq Qərblə yeni münasibətlər qurur.

"Qərbdəki tərəfdaşlarımıza bel bağlaya biləcəyimizlə bağlı illüziyalar indi puç olub. Hazırda yalnız özümüzə və yanımızda duracaq müttəfiqlərimizə bel bağlaya bilərik. Bu da geosiyasətdə Rusiyanın çıxardığı əsas nəticədir", - S.Lavrov deyib.

Onun sözlərinə görə, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların məqsədi stratejidir: "Bu sanksiyalar Qərbin strateji kursunun kvintessensiyasıdır. Daha doğrusu, məqsəd Rusiyanı marginallaşdırmaq, onu yerində saymağa vadar etmək, Rusiyanın inkişafına son qoymaq, habelə dünya siyasətində, iqtisadiyyatında, idmanda, incəsənətdə, ticarətdə, elmdə, təhsildə Rusiyanın rolunu sıfıra endirməkdir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.