Siyasət

ABŞ Ukraynaya niyə hərbi təlimatçılar yollamadı?

13 Mart 2022 23:41
0 Şərh     Baxış: 1 068

Pentaqon rəhbərliyi 2021-ci ilin sonunda Ukraynaya bir neçə yüz hərbi təlimatçı göndərmək istəsə də, Ağ Ev Rusiya ilə eskalasiyadan çəkinərək bu fikirdən daşınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Politico" saytı hərbi mənbələrə istinadla xəbər yayıb.

Saytın iddiasına görə, təlimçilər Ukrayna hərbçilərinə qeyri-ənənəvi döyüş metodları öyrətməli idilər. 2021-ci ilin dekabrında Pentaqon qanunverici orqana müvafiq təklif yollayıb. Lakin Ağ Ev Ukrayna böhranının dinc yolla həllinə mane olacağından ehtiyat edərək təklifi rədd edib.

Politico daha sonra qeyd edir ki, sözügedən təlıimçilər ABŞ-ın rəsmi missiyasından ayrı fəaliyyət göstərməli və ukraynalı hərbçilərə partizan takitkası öyrətməli idilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.