"Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdəki iş yerindədir".
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukrayna prezidenti ofisinin rəhbərinin müavini Kiril Timoşenko açıqlama verib.
"Mən və prezident işləyirik. Prezident ofisində işdədir", - Timoşenko bildirib.
Bundan əvvəl Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Zelenskinin tələsik Kiyevi tərk edərək Lvova getdiyini, daha sonra isə Ukraynanı tərk etdiyini və Polşada olduğunu iddia edib. Ukrayna Ali Radası bunu təkzib edib.
Milli.Az