Siyasət

Ukraynada əsir götürülən rusların sayı açıqlandı

10 Mart 2022 22:22
0 Şərh     Baxış: 2 383

Son 15 gündə Ukraynaya qarşı döyüşən 500-dən çox rus əsgəri əsir götürülüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Ukrainskaya Pravda" Ukrayna prezidentin ofisinə istinadən məlumat yayıb.

"Statistika çox çətindir. Çünki birbaşa döyüş toqquşmalarının çoxlu mərkəzləri var və əsirlər bizim müxtəlif bölmələrimizə düşür. İndi bunu tez bir zamanda bir cədvəldə ümumiləşdirmək mümkün deyil. Mövcud hesablamalara görə, hazırda təxminən 500-700 əsir var", - məlumatda qeyd olunur.

Bir gün əvvəl Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç müharibə zamanı 250-300 rusiyalının əsir götürüldüyünü bildirmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory