Siyasət

Aİ Ukrayna, Gürcüstan və Moldovanın üzvlüklə bağlı müraciətini araşdırır

8 Mart 2022 08:02
0 Şərh     Baxış: 877

Avropa İttifaqı Şurası Ukrayna, Gürcüstan və Moldovanın üzvlüklə bağlı müraciətinin yazılı proseduruna başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Aİ Şurasının fransalı həmsədri Tvitterdə yazıb.

Qeyd olunub ki, Ukrayna, Gürcüstan və Moldovanın üzvlüklə bağlı müraciətinə cavab hazırlanır.

Ekspertlərin rəyinə görə, müraciətə ilk olaraq Avropa Komissiyası münasibət bildirməlidir. Bundan sonra isə 27 üzv ölkə danışıqların başlanması üçün namizəd statusunun verilməsinə münasibət bildirməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.