Gürcüstanın maliyyə naziri Azərbaycanın səfirini qəbul edib - FOTO
Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevi qəbul edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə nazirliyi məlumat yayıb. Bildirilib ki, tərəflər Gürcüstan və Azərbaycan arasında gömrük sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Maliyyə naziri Gürcüstan və Azərbaycan arasında ticari-iqtisadi, tranzit və nəqliyyat sahələrində həm ikitərəfli, həm də çoxtərəfli formatda tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, 2021-ci ilin yayında Gürcüstan, Azərbaycan və Türkiyə arasında yaradılmış Üçtərəfli Gömrük Komitəsi ölkələr arasında gömrük sahəsinə dair yüksək səviyyəli məsələlərin əlaqələndirilməsi üçün unikal imkandır.
Nazir qeyd edib ki, gömrük idarələri arasında aktiv kommunikasiya regionda rəqabətədavamlı tranzit dəhlizinin yaradılması və ticarətin asanlaşdırılması baxımından mühüm önəm daşıyır.
Görüş zamanı tərəflər pandemiya şəraitində sərnişinlərin və yüklərin maneəsiz hərəkətini təmin edən prosedurlara da toxunublar.
Səfir Faiq Quliyev qeyd edib ki, Azərbaycan Gürcüstanın gömrük idarələri ilə səmərəli əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək.
Onun sözlərinə görə, Azərbaycan ötən il imzalanmış "İpək Yolu" yeni birgə gömrük-keçid məntəqəsinin tikintisini tam dəstəkləyir .
Görüşün sonunda Azərbaycan səfiri Gürcüstanın maliyyə naziri Laşa Xutsişvilini Azərbaycana işgüzar səfərə dəvət edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Əl yumaq üçün hansı sabun daha yaxşıdır?
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur





