Siyasət

"Sərhəd məsələsini həll etməyə hazırıq" - rəsmi İrəvan

20 Yanvar 2022 13:04
0 Şərh     Baxış: 1 748

"Ermənistan Azərbaycanla dövlət sərədinin demarkasiyası işlərinə şərt irəli sürmədən başlamağa hazırdır".

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan belə deyib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə bəyan edib ki, rəsmi İrəvan Azərbaycana sərhədlərin demarkasiya və delimitasiyası prosesinin başlanması üzrə yazılı təkliflər göndərib.

"Bu təkliflərə Sovet xəritə və ya xəritələri nəzərə alınmaqla, qarşılıqlı olaraq ordunun sərhədlərdən geri çəkilməsi, sərhəd xətti boyu sərhəd qüvvələrinin yerləşdirilməsi aiddir. Lakin hələ ki, bu təklifə Azərbaycan tərəfindən yazılı reaksiya yoxdur" - deyə o bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.