İlham Əliyev: Bununla bağlı konkret planlarımız var
Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlarımız var.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edərkən deyib.
Dövlət başçısı bildirib: "Azərbaycan həm daxili tələbatı tam ödəyir, eyni zamanda, bütün qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Qonşu ölkələrlə bizi birləşdirən yüksəkgərginlikli enerji xətləri bu imkanı bizə yaradır, lazım olarsa, yeni xətlər də çəkilər. Çünki region ölkələrində və eyni zamanda, Avropada elektrik enerjisinə tələbat artır. Bəzi ölkələr nüvə elektrik stansiyalarının bağlanması ilə əlaqədar qərar qəbul ediblər, biz, eyni zamanda, kömürlə işləyən elektrik stansiyalarının bağlanması prosesini müşahidə edirik. Eyni zamanda, dünyanın demək olar ki, gündəliyinin ön sıralarında olan "Yaşıl gündəliyi" də təsdiq edilib və biz öz növbəmizdə işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini "yaşıl enerji" zonası elan etmişik. Artıq bir neçə su elektrik stansiyası inşa edilib, fəaliyyətdədir. Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlarımız var.
Bir sözlə, bu külək elektrik stansiyasının yaradılması bir çox mənalarda olduqca önəmli və əhəmiyyətli layihədir. Bu, gözəl göstəricidir. Digər potensial investorlar üçün də bir siqnaldır ki, onlar da vaxt itirmədən müəyyən addımlar atsınlar. Onu da bildirməliyəm ki, Azərbaycanın bərpaolunan enerji potensialına dünyanın böyük şirkətləri tərəfindən böyük maraq vardır. Hazırda Azərbaycan Energetika Nazirliyi dünyanın bir neçə aparıcı şirkəti ilə müvafiq danışıqlar aparır və yenə də deyirəm, bu, müxtəlif amillərin vəhdətidir. Həm ölkəmizdə sabitlik, əmin-amanlıq, ölkəmizin inkişafı ilə bağlı dünyada çox müsbət fikirlər, yəni, həqiqəti əks etdirən fikirlər, siyasətimizin proqnozlaşdırılması və eyni zamanda, güclü sənaye potensialı, iqtisadi müstəqillik, enerji təhlükəsizliyinin təmin edilməsi və hazırlıqlı kadr potensialı var. Yəni, bunlar əsas amillərdir. Bu amillər istənilən investor üçün böyük əhəmiyyət kəsb edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
-
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 milyon manat ayrıldı
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu





