Prezident İlham Əliyev: Xüsusi təyinatlı yeni qüvvələrin yaradılması vəziyyətin diktə etdiyi zərurətdir
Xüsusi təyinatlı qüvvələr İkinci Qarabağ müharibəsi dövründə özlərini ən yaxşı cəhətdən göstərdilər. Mən bunu dəfələrlə demişəm. Buna görə də həmin qüvvələrin təkmilləşdirilməsi, həmçinin xüsusi təyinatlı yeni qüvvələrin yaradılması vəziyyətin diktə etdiyi zərurətdir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Ermənistanda həm iqtidarda, həm müxalifətdə, həm də cəmiyyətdə güclü revanşist əhval-ruhiyyənin olduğunu xüsusi vurğulayan dövlətimizin başçısı bildirib: "Söhbət ondan gedir ki, bir ildən, iki ildən, beş ildən sonra nə olacağını bilmirik. Bu gün Ermənistan ordusu tamamilə bərbad vəziyyətdədir və İkinci Qarabağ müharibəsi dövründə olduğundan daha artıq dərəcədə bizə müqavimət göstərməyə qabil deyil. Biz Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyirik. Buna görə mən səmimi və açıq demişəm ki, əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Trampın Meloni ilə bağlı sözlərinə İtaliya hökumətindən cavab
-
Prezident İlham Əliyev Stiv Deynsi qəbul edib - (Foto-Video)
-
ABŞ Azərbaycanı Mayamidəki G20 sammitinə dəvət edib
-
Ərdoğanla Trampın görüş saatı açıqlandı
-
Makronun eynəyi müzakirə yaratdı - (Foto)
-
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib (Foto)
XƏBƏR LENTİ
-
"Ailəli deyiləm, həyatımda da heç kim yoxdur"
-
FHN boğulmaq təhlükəsi ilə üzləşən 19 nəfəri xilas etdi
-
Trampın Meloni ilə bağlı sözlərinə İtaliya hökumətindən cavab
-
Benzia "Əl-Feyha" ərəb klubundan ayrıldı
-
20 manatlıq bu rüsum ləğv edilir
-
“İdmançı meydana cəngi sədaları altında yox, mərsiyə ilə çıxır”
-
"Kəpəz" hücumçusunu göndərdi
-
Sığorta ödənişlərinin verilməsi qaydasında dəyişiklik edilir
-
Rahidə Baxışova müflis oldu
-
Mbappeni təhqir etdiyinə görə məhkəməlik oldu
-
Dilarə Əliyeva: "Yazırlar ki, arıqlayandan səsi-danışığı da dəyişib"
-
Azərbaycanda 7 min manatadək yeni cərimələr tətbiq ediləcək
-
Salyanda 34 yaşlı qadın xəstəxanada öldü
-
Fransanın parlayan ulduzu Olise ilə bağlı bilmədiyiniz faktlar - (Foto)
-
Tiflisə gedən qatarlara əlavə 3 vaqon qoşulacaq: Burada biletlər daha ucuzdur
-
İradə İbrahimovaya ağır itki
-
Boşanmadan da aliment almaq olar
-
Sabah Bakıda və rayonlarda yağış yağacaq
-
Portuqaliya millisinin yeni baş məşqçisi bəlli oldu
-
Abşeronda 7 əl qumbarası, 2 avtomat, 1 tapança aşkarlanıb
-
"Yaprak dökümü"nün ulduzu amerikalı xanımı ilə fotolarını yaydı
-
Mərdəkanda daha bir yeniyetmə dənizdə batdı
-
Cenk Tosunun yeni klubu bəlli oldu
-
Ət ucuzlaşacaq? - Açıqlama





