Boşanmadan da aliment almaq olar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aliment deyəndə çoxlarının ağlına boşanmadan sonra tərəflərdən birinin digərinə uşaqlara görə yaranan xərclər üçün ödədiyi vəsait gəlir. Ancaq qanunvericiliyə görə, digər şəxslərin, o cümlədən ər-arvadın və keçmiş ər-arvadın bir-birlərinə aliment öhdəlikləri də mövcuddur.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ailə Məcəlləsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakı göstərilən şəxslər buna maddi imkanı olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər:
- Əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad;
- Hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad;
- Əlilliyi olan ümumi uşağa və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi övlada qulluq edən və ehtiyacı olan ər və ya arvad.
Aliment öhdəliyi təkcə evlilik dövrü üçün aktual deyil. Qanunvericiliyə görə, nikah pozulduqdan sonra da keçmiş ərin və ya arvadın biri-birindən aliment almaq hüququ var. Belə ki, aşağıdakı şəxslər boşandıqdan sonra məhkəmə qaydasında buna maddi imkanı olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər:
- Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad;
- Əilliyi olan ümumi uşağa və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi övlada qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);
- Nikah pozulana qədər və ya nikah pozulduğu gündən 1 il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);
- Ər-arvad uzun müddət nikahda olublarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).
Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə və ya arvada ödənilməsi qaydası onlar arasındakı sazişlə müəyyən edilə bilər. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyənləşdirilir.
Ancaq qanun ər və ya arvadın bütün hallarda aliment ödəməsini də nəzərdə tutmur. Belə ki, qanunvericilikdə tərəflərin bir-birini saxlamaq vəzifəsindən azad edilməsi və ya bu vəzifənin müddətlə məhdudlaşdırılması da nəzərdə tutulub. Belə ki, məhkəmə tərəflərdən birini nikah dövründə və nikah pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər. Bu, ilk növbədə maddi yardıma ehtiyacı olan ər (arvad) əmək qabiliyyətini spirtli içkilərin, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və ya qəsdən törətdiyi cinayət əməli nəticəsində itirdikdə şamil oluna bilər. Bundan başqa, aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda, nikah çox çəkmədikdə də eyni məhdudiyyətin tətbiq edilməsi mümkündür.
Aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında bağlanır. Saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq edilir. Aliment ödənilməsi barədə saziş notariat qaydasında təsdiq edildikdə, icra vərəqəsi qüvvəsinə malik olur.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Elçin Zehra İrem həmkarı ilə eşq yaşadığını elan etdi - (Foto)
-
Biotin qəbul edənlərə çağırış - (Video)
-
“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər” - Aytən Səfərova
-
Bazarda "yaş" adı ilə suya salınmış qoz satılır - (Video)
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto/Video)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)





