İdman

Benzia ərəb klubundan ayrıldı

7 İyul 2026 14:21
Baxış: 388
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qarabağ"ın sabiq futbolçusu Yassin Benzia Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Feyha" ilə yollarını ayırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti yenilənməyib.

Xatırladaq ki, Yassin Benzia 2023-cü ilin yanvarından 2025-ci ilin yayınadək "Qarabağ"ın formasını geyinib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.