“İdmançı meydana cəngi sədaları altında yox, mərsiyə ilə çıxır”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Konstitusiyada Azərbaycan dövlətinin prinsipləri əks olunub. Bunlardan biri Azərbaycanın dünyada unitar dövlət olması prinsipidir".
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasında bildirib.
"Son zamanlar cənubda, qərbdə azərbaycanlıların yaşadığı müxtəlif ölkələrdə çox mənfi istiqamətlərdə Azərbaycana təsir göstərilir. Hətta Azərbaycanın özündə belə bu məsələnin qorunmasına həssaslığımız yetərincə deyil.
Adicə bu yaxınlarda qaydasız döyüş üzrə idman yarışı keçirildi. Baxırsan ki, Azərbaycanı təmsil edən idmançı artıq uvertüra ilə, cəngi sədaları altında yox, mərsiyə sədaları altında meydana çıxır. Beləliklə özünün dini ideoloji təbliğatını aparır. Bura gələndə də Azərbaycan bayrağı əvəzinə hansısa ölkələrdə populyar olan dini ideoloji şüarlar səsləndirir. Biz hamımız isə bunu sakitcə müşahidə edirik. Bunlar addım-addım çoxaldıqca, Azərbaycan dünyəvi dövlətinin mahiyyətinin, prinsiplərinin zədələnməsi qarşısıalınmaz bir vəziyyətə çevrilə bilər", - F.Mustafa qeyd edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torresə qalib gəlib. O, həmin döyüşə mərsiyə sədaları ilə çıxıb, bu isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azad edilmiş ərazilərdə 997 hektar sahə minalardan təmizləndi
-
Rövşən Nəcəf Everestə qalxıb - (Foto)
-
Samirə Efendi: "Sağlamlıq problemlərim var, heç kəsin lağ edib, artıq danışmağa ixtiyarı yoxdur, ağıllı olun!" (Foto)
-
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
-
Ağacların kəsilməsi zamanı qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib
-
Bakıdan İrana sərt mesaj: “Əvvəl öz problemlərinizi həll edin”
XƏBƏR LENTİ
-
Azad edilmiş ərazilərdə 997 hektar sahə minalardan təmizləndi
-
Rövşən Nəcəf Everestə qalxıb - (Foto)
-
Samirə Efendi: "Sağlamlıq problemlərim var, heç kəsin lağ edib, artıq danışmağa ixtiyarı yoxdur, ağıllı olun!" (Foto)
-
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
-
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik edib
-
“Sabah” Azərbaycan çempionatının rekordunu təkrarladı
-
Boksçumuz Avropa çempionu oldu
-
Ağacların kəsilməsi zamanı qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib
-
Rahib Hz. Musa kimi dənizi yarmağa çalışdı - Gülünc vəziyyətə düşdü - (Video)
-
Bakıdan İrana sərt mesaj: “Əvvəl öz problemlərinizi həll edin”
-
İnfantinodan “Qarabağ”ın oyunu ilə bağlı paylaşım - (Video)
-
Azərbaycanda kənd yumurtası bahalaşdı
-
Azərbaycan XİN Avstriyanı təbrik etdi
-
Deputatın həbs edilən oğlunun görüntüləri - (Video)
-
Acunun keçmiş arvadı tövbə etdiyini açıqlamışdı, bu görüntüləri yenidən paylaşdı - (Video)
-
Azərbaycanda yüz minlərlə insanın aldığı ödənişlərlə bağlı yeni xəbər
-
Siyəzəndə evdən meyit tapıldı
-
Azərbaycanda iki gündə 65 şübhəli saxlanıldı
-
Daha bir yolayrıcında svetoforlar quraşdırıldı
-
Azərbaycanda kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLAMA
-
Bakıda bu küçədə hərəkət məhdudlaşdırılır
-
Mətbuat Şurası jurnalistlərin IX qurultayının qərarını şərh edib
-
DİN: Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - (Video)
-
Bu axşam "Qalatasaray" "Fənərbağça" derbisi var





