Ərdoğanla Trampın görüş saatı açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun 32 üzv ölkəsinin dövlət və hökumət başçılarının iştirak edəcəyi zirvə toplantısı çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sammitdə NATO-ya üzv ölkələrin liderləri ilə yanaşı, 100-ə yaxın nazir, çoxsaylı diplomat və müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub. Toplantıda əsas müzakirə mövzularından biri Ukraynadakı vəziyyət, həmçinin alyansın cənub cinahında baş verən son hadisələr olacaq.
Proqrama əsasən, Rəcəb Tayyib Ərdoğan əvvəlcə Kanadanın Baş naziri Mark Karni, daha sonra isə Finlandiya Prezidenti Aleksandr Stubb ilə ikitərəfli görüş keçirəcək.
Günün diqqət çəkən məqamlarından biri isə ABŞ Prezidenti Donald Trampın rəsmi mərasimlə qarşılanması olacaq. Liderlərin görüşündə regional və beynəlxalq məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Axşam saatlarında Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan sammitdə iştirak edən dövlət və hökumət başçıları, eləcə də onların həyat yoldaşlarının şərəfinə rəsmi ziyafət verəcəklər.
Ərdoğanın liderlərlə ikitərəfli görüş saatları:
Saat 11:00-da (Bakı vaxtı ilə 12:00) Kanadanın Baş naziri Mark Karni, saat 12:30-da (13:30) isə Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşəcək. Saat 15:00-da (16:00) ABŞ Prezidenti Donald Trampı rəsmi mərasimlə qarşılayacaq.
Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan, saat 19:30-da (20:30) dövlət və hökumət başçıları ilə onların həyat yoldaşlarının şərəfinə ziyafət verəcəklər.
Qeyd edək ki, Ankarada keçirilən NATO sammitinin təhlükəsizliyinin təmin olunması məqsədilə 10 minlərlə polis əməkdaşı xidmətə cəlb edilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Ölmüş heyvanlarla bağlı yeni qayda
-
Bakıda tıxacda qalan taksi sürücüsü görün nə etdi - (Video)
-
Şükürbəyli kəndində daha 25 ailəyə evlərinin açarları təqdim olunub - (Yenilənib)
-
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik edib
-
Qolları olmayan körpənin taleyi necə oldu? - Rəsmi açıqlama
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Azərbaycanla UN-Habitat arasında imzalanan Töhfə Sazişi təsdiq edilib
-
İlham Mirzəyev evə buraxıldı
-
3 gün, 3 gecə davam edən toy: Özbək gəlin 4 milyonluq qızıllarla yoxa çıxdı - (Video)
-
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
-
Ağdamda minatəmizləyən azərbaycanlı xanım gürcü turistin diqqətini çəkdi - (Video)
-
Kəmalə Qaramollayevanın Sahib İbrahimovla rəqsi gündəm oldu - (Video)





