Prezident İlham Əliyev Stiv Deynsi qəbul edib - (Foto-Video)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bunun ölkələrimiz, eyni zamanda, region üçün çox önəmli olduğunu dedi.
Dövlətimizin başçısı ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfərini məmnunluqla xatırladı, həmin səfər zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının ikitərəfli əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətinə toxundu.
Prezident İlham Əliyev Donald Trampla şəxsi münasibətlərinin də yüksək səviyyədə olduğunu deyərək, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında onun xüsusi rol oynadığını vurğuladı.
Stiv Deynsin ölkəmizə son səfərindən sonra tarixi hadisələrin baş verdiyini qeyd edən dövlətimizin başçısı Azərbaycan-ABŞ əlaqələrinin inkişafı istiqamətində göstərdiyi səylərə görə qonağa təşəkkürünü bildirdi.
Senator Stiv Deyns də öz növbəsində son dövrlərdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini dedi, Azərbaycan Prezidentinin ötən ilin avqustunda Vaşinqtona səfərinin əlamətdar hadisə olduğunu vurğuladı.
Qonaq, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyasi səviyyədə mühüm rolunu qeyd etdi.
Stiv Deyns Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə əlaqədar nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Söhbət zamanı TRIPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından əhəmiyyəti vurğulandı, Azərbaycanla ABŞ Senatı arasında dialoqun möhkəmləndirilməsi və tərəfdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Stiv Deynsi qəbul edib - (Foto-Video)
-
ABŞ Azərbaycanı Mayamidəki G20 sammitinə dəvət edib
-
Ərdoğanla Trampın görüş saatı açıqlandı
-
Makronun eynəyi müzakirə yaratdı - (Foto)
-
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib (Foto)
-
İlham Əliyev ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib
XƏBƏR LENTİ
-
“Qalatasaray”ın futbolçusunun toyu oldu - (Foto)
-
Brejnevin nəticəsi Ukraynada əsir düşdü
-
İyul ayı üzrə pensiyalar bu tarixdə veriləcək (Özəl)
-
Müəllimlər üçün vahid geyim forması müəyyənləşir
-
Loren Bennet vəfat etdi
-
Gürcüstandan azərbaycanlılar deportasiya olundu
-
Aviasiya sahəsində karyera qurmaq istəyənlər üçün AZAL-dan yeni fürsət
-
DÇ-2026: 1/8 final mərhələsinə yekun vurulacaq
-
Bakıda 40 yaşlı kişi küçədə öldü
-
Əməkdar artist: "3500 manat üçün hər gün toyda oxumağa səsimə heyfim gələr" - (Video)
-
2-ci kurs tələbəsi vəfat etdi
-
Taylandda "Tüklü kruassan" görənləri heyrətləndirir - (Video)
-
Bağçalara elektron qəbul başlayıb
-
Prezident İlham Əliyev Stiv Deynsi qəbul edib - (Foto-Video)
-
ABŞ Azərbaycanı Mayamidəki G20 sammitinə dəvət edib
-
Millimizin futbolçusu “Şaxtyor”a transfer olundu
-
Rüşvət alıb vətəndaşları hərbi xidmətdən yayındıran vəzifəli şəxsin işi məhkəməyə göndərildi
-
Niyam: "Bacım elə mesaj yazdı ki, saçımı qırxdırdım"
-
"Lukoil"dən narazılıq: "Yanacağı az vururlar" (Video)
-
Ərdoğanla Trampın görüş saatı açıqlandı
-
Roberto Martines istefa verdi
-
Səhiyyə nazirinə yeni müavin təyin olunub
-
Elnarə Şirməmmədova həbs olundu - 2,3 milyonluq dələduzluq
-
Venesuela millisinin kapitanı zəlzələ qurbanı oldu





