Boğazı ağrıyanlar dərhal bunu etsin: Ağrını anında kəsir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Boğaz ağrısı daha çox qış aylarında rast gəldiyimiz bir sağlamlıq problemi kimi görünsə də, kondisioner və ya ventilyator qarşısında uzun müddət qalmaq, yaş saçla gəzmək və çox soyuq su içmək kimi bəzi səbəblər yay aylarında da şiddətli boğaz ağrısına yol aça bilir. Yay aylarında normaldan daha ciddi narahatlıq yaradan boğaz ağrısından ev şəraitində sadə bir üsulla xilas olmaq artıq mümkündür.
Milli.Az xəbər verir ki, qışda və ya mövsüm keçidlərində boğazda başlayan o nazik sızıltı, bir çoxumuz üçün narahatlıq dolu bir prosesin xəbərçisidir. Dərhal aptekə qaçıb pastillərə və ya şərbətlərə sarılmadan əvvəl, nəsildən-nəslə ötürülən, ilk eşidiləndə qəribə gələn bir xalq təbabəti üsulu ağla gəlir: Boğaza çiy kartof dilimləri qoyub tənziflə (yaxud nazik parça ilə) sarımaq. Bir çoxumuzun nənələri tərəfindən tətbiq olunan bu üsul, müasir tibb dövründə belə populyarlığını itirməyib. Bəs, bu təvazökar tərəvəz boğaz ağrısını necə yüngülləşdirir?
İltihabı çəkir inancının arxasındakı həqiqət
Yaşlılar boğaza sarılan kartofun oradakı "iltihabı və zəhəri çəkdiyinə" inanırlar. Hətta səhər tülbənti açanda kartofların qaraldığını görənlər: "Bax, bütün çirkini əmib" deyərək üsulun uğurunu sübut etdiklərini düşünürlər. Əslində, kartofun qaralması iltihabı çəkdiyi üçün deyil, tərkibindəki nişasta və fermentlərin havadakı oksigenlə təmas edərək oksidləşməsi (qaralması) nəticəsində baş verir.
Lakin bu, üsulun işə yaramadığı anlamına gəlmir. Kartof, əla su və nişasta mənbəyidir. Bu sıx quruluşu sayəsində istiliyi çox uzun müddət sabit saxlama xüsusiyyətinə malikdir. Boğaza sarılan çiy kartof dilimləri həmin bölgədə mükəmməl bir soyuq (və ya bədən istiliyi ilə bir müddət sonra sabitləşən ilıq) kompres funksiyasını yerinə yetirir. Burxulan bir biləyə buz qoyanda şişin azalması kimi, kartof da boğazdakı damarları rahatladaraq toxumalardakı ödəmi və şişkinliyi azaldır. Badamcıqların yaratdığı o sancı hissinin azalmasının sirri də bundadır.
Kartofun tərkibindəki yüksək nişasta miqdarı dərini sakitləşdirici xüsusiyyətə malikdir. Tənzifin altında yavaş-yavaş ayrılan kartof suyu boyun dərisi tərəfindən yüngülcə əmilir. Bu əmilmə boğaz ətrafındakı həssaslaşmış sinir uclarını sakitləşdirir və toxumalardakı gərginliyi götürür. Bundan əlavə, kartofdakı C vitamini və kalium kimi maddələr yüngül iltihab əleyhinə təsir göstərir. Bu isə udqunma çətinliyi çəkən xəstələr üçün rahatlıq yaradır.
Necə tətbiq olunmalıdır?
Əgər bu gün boğazınızda yanma hiss etmisinizsə və bu qədim üsulu sınamaq istəyirsinizsə, maksimum səmərə üçün bunları edin:
Orta boy bir kartofu yaxşıca yuyun və qabıqlarını soyun.
Çox qalın olmayacaq şəkildə halqa-halqa dilimləyin.
Dilimləri boğazınızın ağrıyan, şişən yan hissələrinə (badamcıqların olduğu nahiyəyə) yan-yana düzün.
Kartofların yerindən düşməməsi üçün üzərini təmiz, pambıq tənzif və ya şarfla çox sıxmadan, yüngülcə bağlayın.
Bu şəkildə ən az 1-2 saat, istəsəniz bütün gecə qala bilərsiniz. Səhər duranda boğaz əzələlərinizin boşaldığını və udqunmağın daha asan olduğunu hiss edəcəksiniz.
Bu ev üsulları yüngül boğaz ağrıları üçün köməkçi vasitədir. Lakin hərarətiniz çox yüksəksə, udquna bilmirsinizsə və ya nəfəs almaqda çətinlik çəkirsinizsə, bu bakterial bir infeksiya ola bilər. Belə hallarda kartofdan əvvəl mütləq bir qulaq-burun-boğaz həkiminə müraciət etməyi unutmayın.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Dünyada qızılca epidemiyası: Yoluxma rekord həddə çatdı
-
30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? – Vacib tövsiyələr
-
Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı
-
Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
-
İş günündən əvvəl hansı hərəkətlər faydalıdır?
-
Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
XƏBƏR LENTİ
-
Xurma yeyəndə qabığını soyun - səbəb
-
57 yaşlı Ceylo bu yolla formada qalır
-
Qışda pomidor və bibər almayın: Mütəxəssislərdən xəbərdarlıq
-
Kim deyər ki, 80 yaşları var? - (Video)
-
Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar
-
İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal: Təhlükəsizlik kəməri etiketləri
-
Yumurtaların üzərindəki rəqəmlər nə deməkdir? İlk rəqəmə diqqət edin
-
Günün qoroskopu: Fikirlərinizi asanlıqla ətrafdakılara qəbul etdirəcəksiniz
-
Sabah Şahbuzda işıq olmayacaq
-
Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)
-
Küveyt İrana nota verdi
-
Bakıda çay evində dava: ölü və yaralılar var
-
Mahir Emreli növbəti qolunu vurdu - (Video)
-
Yavuz Bingöl 12 günlük müalicədən sonra evə buraxıldı - Əməliyyat olunacaq
-
“Qalatasaray”ın futbolçusu Yunus Akgün evləndi - (Foto)
-
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
-
Qubada suvarma kanalına yenidən su verildi: İtkin düşən gənc hələ də tapılmayıb
-
Nadir Qafarzadə oğluna ad günü etdi - (Video)
-
Sumqayıtda zavodda güclü partlayış oldu - (Video)
-
"Sədərək"də yolun ortasında dayanan kişini motosiklet vurdu - anbaan (Video)
-
Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu
-
“Verniduba dedim ki, çox artıq sözlər danışırsan” - Rəşad Sadıqov
-
Murad Ağalarovdan ali məktəblərə qəbul sistemi ilə bağlı təklif: "İmtahan vaxtı fənlərə görə fərqləndirilməlidir"
-
Rəşad Sadıqovla Vernidub bir-birinə barmaq silkələdi - (Video)





