Niyam: "Bacım elə mesaj yazdı ki, saçımı qırxdırdım"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Niyam Salami efirdə səsləndirdiyi səmimi etirafı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi "İncə səhər" verilişində qonaq olarkən bildirib ki, görünüşündə etdiyi dəyişikliyin əsas səbəbi bacısının ona yazdığı mesaj olub.
Niyam Salami deyib ki, Masallının Ərkivan kəndində böyüyüb və haradan gəldiyini heç vaxt unutmayıb. Onun sözlərinə görə, necə geyinməsindən asılı olmayaraq, öz dəyərlərinə sadiq qalmağa çalışır.
İfaçı etiraf edib ki, saçındakı seyrəklik səbəbindən uzun müddət tərəddüd etsə də, bacısının tənbehindən sonra saçını qısaltmaq qərarına gəlib.
Müğənni bildirib ki, bacısı ondan saçını kəsdirməsini istəyib. O isə ailəsinin fikrini nəzərə alaraq bu istəyi yerinə yetirib və 12 il əvvəl saç əkdirdiyi həkimə yenidən müraciət edərək başının ön hissəsinə saç əkdirib:
"Hökümə bacım mənə elə bir mesaj yazdı ki, ancaq o məni elə tənbeh edə bilərdi. Əvvəl pis oldum. Dedi ki, "bilmirəm müğənnisən, nəsən, amma saçını qırxdır". Başa saldım ki, saçımda seyrəklik var. Amma onun sözünə görə bunu etməli idim. Kənddə yaşayır, bəlkə nəsə deyirlər, xəcalət çəkir. Bacımın başı uca olmalıdır. Qeyrət-namus ana və bacıdan başlayır. "Baş üstə" dedim və saçımı qırxdırdım. 12 il əvvəl saç əkdirdiyim həkimin yanına getdim. Başımın qabaq hissəsinə yenidən saç əkdirdim".
Niyam Salami vurğulayıb ki, ailəsinin, xüsusilə də anası və bacısının onun üçün xüsusi yeri var və onların hər zaman başı uca olmasını istəyir. Onun bu açıqlaması sosial şəbəkələrdə də maraqla qarşılanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





