Loren Bennet vəfat etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Britaniyalı müğənni, G.R.L. ("Girls Rock Life") qrupunun üzvü və dünya şöhrətli "Party Rock Anthem" hitində qonaq vokalçı kimi çıxış edən Loren Bennet 37 yaşında vəfat edib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, kədərli xəbəri sənətçinin təmsil olunduğu G.R.L. qrupu rəsmi Instagram hesabında yayıb. Qrup paylaşımında Loren Bennetin vəfatından dərin sarsıntı keçirdiklərini bildirərək onun xatirəsinin hər zaman yaşayacağını qeyd edib.
Müğənninin ölüm səbəbi ilə bağlı hələlik heç bir rəsmi məlumat açıqlanmayıb.
The Guardian nəşrinin yaydığı məlumata görə, Loren Bennet Böyük Britaniyanın Kent qraflığında anadan olub. O, ilk dəfə "The X Factor" layihəsində iştirak etməklə tanınıb, daha sonra "Paradiso Girls" qrupuna qoşularaq fəaliyyətini Los-Ancelesdə davam etdirib.
2009-cu ildə Lil Jon və Eve ilə birlikdə təqdim olunan "Patron Tequila" mahnısı ilə diqqət çəkən ifaçı, əsl dünya şöhrətini isə 2011-ci ildə LMFAO duetinin "Party Rock Anthem" hitində qonaq vokalçı kimi çıxış etdikdən sonra qazanıb.
Sonrakı illərdə Loren Bennet Pitbullun iştirakı ilə səsləndirilən "Wild Wild Love", eləcə də "Ugly Heart" kimi məşhur mahnılarla tanınan G.R.L. qrupunun tərkibində musiqi fəaliyyətini davam etdirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü





