Siyasət

MSK sədri: “Növbəti seçkilərdə də beynəlxalq qurumlarla sıx əməkdaşlıq edəcəyik”

5 May 2010 15:56
Baxış: 235
Bu barədə məlumat Milli.Az xəbər portalına Komissiyanın mətbuat xidmətindən daxil olub. MSK sədri Mərəkəzi Seçki Komissiyasının hər zaman beynəlxalq qurumlarla əlaqələrə önəm verdiyini qeyd edərək, qarşıdan gələn seçkilərdə də beynəlxalq qurumlarla, o cümlədən ATƏT-in Bakı ofisi ilə sıx əməkdaşlıq edəcəklərini bildirib. Səfir ATƏT-lə Mərkəzi Seçki Komissiyası arasında uzun müddətdən bəri davam edən faydalı əməkdaşlığın mövcudluğundan məmnunluğunu vurğulayıb və bu münasibətlərin bundan sonra da Azərbaycanın seçki sisteminə dəyərli töhfələr verəcəyinə əminlik ifadə edib.
 
Görüşdə qarşıdan gələn parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının ATƏT-lə birgə keçirəcəyi tədbirlər barədə fikir mübadiləsi olmuş və gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.   
 
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.