Siyasət

Qazaxıstan aviaşirkəti Almatıdan Bakıya daha bir reysi dayandırıb

9 Yanvar 2022 16:43
0 Şərh     Baxış: 1 540

Qazaxıstanın "Air Astana" aviaşirkəti Almatı-Bakı-Almatı istiqaməti üzrə yanvarın 9-na planlaşdırılan daha bir reysini ləğv edib.

Bu barədə Milli.Az-a Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat verilib.

"Hazırda aviaşirkət növbəti (bu həftənin ikinci) reysini ləğv edib. Digər tarixlər üçün olan uçuşların ləğv edilməsi barədə məlumat dəqiqləşdirilir", - deyə Aeroportdan bildiriblər.

Qeyd edək ki, Almatı-Bakı reysini həyata keçirən təyyarə Bakıda saat 20:50-də olmalı, saat 21:50-də əks istiqamətdə uçmalı idi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.